
BAKI, 4 mart. TELEQRAF
ABŞ administrasiyasının rəsmiləri medianın Rusiyaya qarşı kiberhücumların dayandırıldığına dair iddialarını təkzib ediblər.
Teleqraf xəbər verir ki, bu barədə “Washington Times” mənbələrə istinadla məlumat yayıb.
“The New York Times” qəzeti bundan əvvəl ABŞ-nin Rusiyaya qarşı yeni kibersiyasəti haqqında yazmışdı. Bildirilmişdi ki, ABŞ Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Agentliyi (CISA) Rusiyanı təhdid hesab etməyi dayandırıb. Rusiyaya qarşı kiberhücumların ABŞ müdafiə naziri Pit Heqsetin əmri ilə bağlı dayandırıldığı deyilmişdi.
CISA bu iddianı təkzib edib.