BAKI, 4 mart. TELEQRAF
Ərdəbil şəhərində milli fəal və "Traktor" komandasının tərəfdarlarından sayılan Saman Bidar və Təbrizdə yaşayan milli fəal Əmin Tağızadə həbs olunublar.

Teleqraf xəbər verir ki, bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, təhlükəsizliyə cavabdeh olan məmurlar Saman Bidari martın 1-də həbs etsələr də, bu günə kimi onun həbs səbəbi və harada saxlanıldığı barədə açıqlama verilməyib.

Qeyd edək ki, Saman Bidar bundan əvvəl də dinc mədəni fəaliyyətlərinə görə təzyiqlərə məruz qalıb və 2021-ci ilin mart ayında barəsində 3,5 il şərti həbs qərarı çıxarılıb. Əmin Tağızadə isə bundan əvvəl dinc mədəni fəaliyyətlərinə görə, təqib və təzyiqlərə məruz qalıb.