BAKI, 4 mart. TELEQRAF

İlon Maskın rəhbərlik etdiyi ABŞ-nin Hökumət Effektivliyi Departamenti (DOGE) öz işləri üçün federal agentlikdən milyonlarla dollar almaq istəyir.

Teleqraf xəbər verir ki, bu barədə CNN xəbər verib.

Əldə olunan layihə müqaviləsinə əsasən, 2026-cı ilin 20 yanvarı ilə 4 iyul tarixləri arasında İşəgötürmə İdarəsi (OPM) Maskın departamentinə 20 tam iş günü mövqeyinə görə ödəniş etməli olacaq. Ümumi ödənişin 4 milyon dollardan çox olması gözlənilir.

Müqavilənin şərtlərinə görə, OPM DOGE-yə öz məlumatlarına və sistemlərinə giriş təmin etməli, həmçinin operativ və texniki dəstək göstərməlidir.