BAKI, 4 mart. TELEQRAF

ABŞ administrasiyası martın 4-dən Kanada və Meksikadan gələn məhsullara 25%-lik gömrük rüsumları tətbiq edəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Sabah Kanadaya və Meksikaya 25% tariflər tətbiq olunacaq və bu, hələ başlanğıcdır. Ona görə də onlar tarifləri ödəməli olacaqlar. Açığı, onların yeganə variantı ABŞ-də öz avtomobil zavodlarını və digər obyektlərini tikməkdir, bu halda onların tarifləri olmayacaq", - dövlət başçısı bildirib.