BAKI, 4 mart. TELEQRAF

Hazırda Azərbaycan və Qazaxıstan arasındakı münasibətlər çox yüksək səviyyədədir.

Teleqraf xəbər verir ki, bunu Qazaxıstanın Azərbaycandakı səlahiyyətli səfiri Alim Bayel bildirib.

"Bu gün bizim üçün tarixi bir gündür, çünki mühüm bir tədbir keçirilir. Hazırda Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq çox yüksək səviyyədədir. Bu əməkdaşlıq müxtəlif sahələri, o cümlədən logistika, nəqliyyat və elm sahələrini əhatə edir. Mən əminəm ki, bu gün keçirilən tədbirlər yüksək səviyyədə təşkil olunub",- o qeyd edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Qazaxıstanın 20-dən çox universitetinin iştirakı ilə sərgi keçirilir.