
BAKI, 4 mart. TELEQRAF
ABŞ administrasiyası anti-Rusiya sanksiyalarının ləğvi imkanlarını öyrənir.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən məlumat yayıb.
Onlar bunu Prezident Donald Trampın Moskva ilə münasibətləri bərpa etmək və Ukrayna münaqişəsinə son qoymaq istəyi ilə əlaqələndirirlər.
Mənbələrə görə, ABŞ-nin sanksiyaları dərhal yumşaldılmaya bilər. Üstəlik, Vaşinqtonun bunun müqabilində nə tələb edə biləcəyi bəlli deyil.
Məlumata görə, hazırda qurumlar müəyyən hüquqi və fiziki şəxslərə, o cümlədən bəzi iri rus sahibkarlarına qarşı sanksiyaların ləğvi ilə bağlı təkliflər hazırlayır.
"Reuters" qeyd edir ki, bu cür hərəkətlər Trampın Moskva ilə potensial razılaşmanın bir hissəsi kimi anti-Rusiya sanksiyalarını yumşaltmağa hazır olduğunu vurğulayır.
ABŞ-nin hansı məhdudiyyətlərin ilk olaraq qaldırılacağı hələlik bəlli deyil.