Son 10 ildə “Azərbaycan Xəzər dəniz Gəmiçiliyi” QSC (ASCO) 32 gəmi inşa edərək istismara verib. Həyata keçirilən infrastruktur islahatlarının nəticəsi olaraq limanlara daxil olan yük gəmilərinin limanda dayanma müddəti 20 saatdan 5 saata qədər endirilib.

Teleqraf xəbər verir ki, bunu ASCO-nun sədr müavini Tariyel Mirzəyev “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” (TBNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin iclasında bildirib:

“Bunun nəticəsində ötən il 56 min konteyner (TEU) qəbul edilərək yola salınıb. Xəzər dənizinin suyunun azalması və havaların qeyri-sabit keçməsinə baxmayaraq bu il 88 min TEU-nun tranzit olaraq qəbul edilib. ASCO-nun əsas məqsədlərindən biri Transxəzər marşrutu ilə hərəkət edən gəmilərə xidmət göstərməkdir. Qarşıdakı illərdə 1000 ədəd konteyner daşımaq imkanına malik olan gəmiləri inşa etməyi planlaşdırırıq”, - deyə sədr müavini əlavə edib.