
BAKI, 4 mart. TELEQRAF
Rusiya qoşunları Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində bir gündə beş əks-hücumunu dəf edib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik Ukrayna ordusunun Qonçarovka, Quevo, Kazaçya Loknya, Kurilovka, Lebedevka, Malaya Loknya, Maxnovka, Staraya Soroçina, Suca və Çerkasskoy Poreçnoy yaşayış məntəqələri istiqamətlərində əks-hücuma keçdiyini bildirib.
“Düşmənin (Ukrayna) beş əks hücumu dəf edilib”, - Rusiya MN vurğulayıb.
Qurum iddia edir ki, Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində Kursk istiqamətində 150-dən çox əsgər və bir tankını itirib.