
BAKI, 4 mart. TELEQRAF
İqamətgahı London şəhərində yerləşən Azərbaycan Respublikasının İrlandiyadakı Səfirliyi tərəfindən ilk dəfə Dublin şəhərində səyyar konsulluq xidməti təşkil edilib.
Teleqraf xəbər verir ki, İrlandiyada yaşayan Azərbaycan icma nümayəndələrinin fəallığı ilə seçilən vətəndaşlar qəbul edilirək sualları cavablandırılıb, ümumvətəndaş pasportunun yenilənməsi və digər konsulluq əməliyyatları ilə bağlı müraciətlər qəbul edilib.
Səyyar konsulluq xidmətlərinin təşkilinin əsas məqsədi konsulluq xidmətlərinin vətəndaşlar üçün əlçatanlığını təmin edilməsi, vətəndaşlara bu xidmətləri daha rahat şəkildə təqdim edərək dövlətin onlara göstərdiyi diqqət və qayğının nümayiş etdirilməsi, eləcə də vətəndaş məmnuniyyətinin artırılmasıdır.