
Avrasiya Dağ Turizm Forumunda alyansa üzv ölkələrdə uşaqlar arasında keçirilən xizək yarışlarının Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevaya həsr olunması təklif edilib.
Teleqraf xəbər verir ki, bu təkliflə Qazaxıstanın turizm üzrə vitse-naziri Yerjan Malikoviç forumda çıxış edib.
“İki ildən bir keçirilən xizək kurortlarındakı yarışlar Hökumə Əliyevanın şərəfinə həsr oluna bilər və bu tədbirlərin alyansa daxil olan ölkələrdə təşkili nəzərdən keçirilə bilər. Hökumə Əliyeva əsl qəhrəmandır. O, peşəkarlığı və fədakarlığı ilə insanların həyatını xilas edib”, – deyə o bildirib.