BAKI, 4 mart. TELEQRAF

Ukraynaya silah tədarükü məsələsinə gəlincə, Avropa ölkələrindən analoqların alınması və ya əldə edilməsi imkanlarını qiymətləndirmək lazımdır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin köməkçisi Mixail Podolyak bildirib.

“Əvvəlcə hansı proqramların dayandırılacağını qiymətləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, bir çox proqramlar artıq tamamlanma mərhələsində idi. Onu da unutmayaq ki, ABŞ Konqresində səsə qoyulan proqramlar var və bu, xüsusi hüquqi prosedurdur”, - ölkə rəsmisi deyib.

Bundan əlavə, Podolyak vurğuladı ki, ilk növbədə Avropa ölkələrindən analoqların alınması və ya əldə edilməsi imkanlarını qiymətləndirmək lazımdır.

Ukrayna rəsmisi bu məsələyə yönəlik yeni proqramların artıq işlək olduğunu qeyd edib.

Həmçinin o, Ukraynanın ABŞ-dən hərbi dəstək proqramlarının uzunmüddətli dayandırılması ilə bağlı artıq təcrübəyə malik olduğunu və belə vəziyyətlərə necə uyğunlaşacağını bildiyini unutmamağa çağırıb.