BAKI, 4 mart. TELEQRAF

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına birinci müavini təyin edilib.

Teleqraf xəbər verir ki, bu barədə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əhməd Zöhrab oğlu Vəliyev Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini təyin edilib.