BAKI, 9 iyun. TELEQRAF

Rusiya iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin yekun rəsmi nəticələrinin açıqlamasını gözləyir.

Teleqraf xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiya Prezidenti Vladimir Putin seçkilərdəki qələbə münasibətilə Ermənistan Baş naziri Nikol Paşinyanı təbrik edib-etməyəcəyi ilə bağlı suallarını cavablandırarkən deyib.

Kreml rəsmisi seçki prosesində bəzi qaranlıq məqamların olduğunu da bildirib:

"Məlum olduğu kimi, orada bir çox anlaşılmaz məqamlar olub. Biz baş vermiş qayda pozuntuları barədə çoxsaylı məlumatlar görmüşük. Ona görə də, yekun rəsmi nəticələrin açıqlanmasını gözləməyi üstün tuturuq".

Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilər üzrə yekun nəticələri iyunun 14-də açıqlayacaq.