BAKI, 6 iyun. TELEQRAF

Ermənistanda keçiriləcək seçkilər ərəfəsində 40-dan çox şəxs saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, müxalif "Güclü Ermənistan" partiyasından deputatlığa namizədlərdən biri 100-dən çox seçiciyə hər birinə 270 dollardan 1350 dollara qədər rüşvət verib.

Bundan əvvəl Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) Baş Prokurorluğa "Güclü Ermənistan" partiyasından deputatlığa altı namizəd barəsində cinayət təqibinə başlamağa icazə verib.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.