BAKI, 6 iyun. TELEQRAF
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanda keçirilən seçkilərin legitim sayıla bilməyəcəyini bəyan edib.
Teleqraf xəbər verir ki, Dmitri Medvedev Ermənistanın hazırkı Baş nazir Nikol Paşinyanın bütün rəqiblərindən xilas olmağa çalışdığını iddia edib.
"Seçki prosesindən rəqiblərin bu şəkildə kənarlaşdırılması səsvermənin qeyri-qanuni olduğunu göstərir. Belə şəraitdə keçirilən seçkilərə görə Paşinyanı hətta Vaşinqton və Brüsseldə də heç vaxt bağışlamayacaqlar", - o qeyd edib.