BAKI, 28 may. TELEQRAF

Ermənistanın parlament seçkilərində bir sıra rusiyalı müşahidəçiyə akkreditasiya verməkdən imtina etməsi dərin təəssüf və anlaşılmazlıq doğurur.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, rəsmi İrəvanın qərarını tənqid edərək deyib:

"Rusiyalılara akkreditasiya verilməməsi barədə qərar bizdə dərin təəssüf və anlaşılmazlıq yaradır. Lakin təəssüf və anlaşılmazlıqla yanaşı, biz bu məntiqi qəbul etməyə hazır deyilik və İrəvanla gələcək fəaliyyətimizdə bunu nəzərə almağa məcbur olacağıq".