BAKI, 26 may. TELEQRAF

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) keçmiş deputat Tiqran Urixanyanın rəhbərlik etdiyi müxalif “Alyans” Partiyasının iyunun 7-də keçiriləcək parlament seçkilərində iştirak qeydiyyatını ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə MSK məlumat yayıb.

Qərar siyasi partiyanın 25 may tarixli müraciəti əsasında qəbul edilib.

Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-də keçiriləcək. 19 siyasi qüvvə Ermənistan Mərkəzi Seçki Komissiyasına iştirak üçün ərizə təqdim edib. Siyahıya əsasən, seçkilərə 17 partiya və 2 blok qatılacaq.