BAKI, 4 may. TELEQRAF

“Azərbaycan Prezidenti İlham Əliyev ilk dəfədir onlayn formatda olsa da, Ermənistanda keçirilən beynəlxalq tədbirdə iştirak edir”.

Teleqraf xəbər verir ki, bunu Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammitində çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Baş nazir bildirib ki, artıq iki ildir Azərbaycanla Ermənistan arasında sülh mövcuddur və atışma nəticəsində heç kim xəsarət almayıb.

“Ötən dövr müstəqilliyimizdən bəri misli görünməmiş illərdir”, - Paşinyan vurğulayıb.