BAKI, 7 aprel. TELEQRAF
İrəvanda Ermənistan parlamentinin fövqəladə iclası keçirilir.
Teleqraf xəbər verir ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyası parlament seçkilərinə cəmi iki ay qalmış Seçki Məcəlləsinə düzəlişlər layihəsi təklif edib.
Təklif olunan dəyişikliyə əsasən, partiyalar ittifaqının adı şəxsi adları, dövlət və yerli özünüidarəetmə orqanlarının adlarını və ya onlara və ya onların variasiyalarına qarışıqlıq yaradan oxşar adları ehtiva edə bilməz.
Yerli KİV-in yazdığına görə, ilk dəfədir ölkədə belə addım atılır. Ermənistan müxalifəti də bunu Avropa Şurasının Venesiya Komissiyasının tövsiyələrinə zidd hesab edir.
Hesab olunur ki, bu təşəbbüs rusiyalı iş adamı, “Taşir” şirkətlər qrupunun sahibi Samvel Karapetyana qarşı yönəlib. Samvel Karapetyanın adı və soyadı onun partiyası “Güclü Ermənistan” tərəfindən yaradılan seçki alyansının adına daxil edilib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.