QAZAX, 7 noyabr. TELEQRAF
Qazaxda həmkəndlilər arasında dava düşdü, bıçaqlanan var.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Birinci Şıxlı kəndində baş verib.
2005-ci il təvəllüdlü İsmayıl Əlizadə iki bıçaq yarası ilə Qazax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona tibbi yardım göstərilib, vəziyyəti kafidir.
İlkin məlumata görə, adıçəkilən şəxs həmkəndlisi 19 yaşlı Fərid Musayev tərəfindən bıçaqlanıb. Artıq F. Musayev saxlanılıb, faktla bağlı araşdırma aparılır.