
TBİLİSİ, 14 aprel. TELEQRAF
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili aprelin 15-16-da Azərbaycana rəsmi səfər edəcək.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə ölkə Prezidentinin Administrasiyası məlumat yayıb.
M.Kavelaşvili səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Baş nazir Əli Əsədov və Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşəcək. Gürcüstan Prezidentinin Azərbaycanın Baş naziri və parlament sədri ilə təktəbək və geniş tərkibdə görüşləri planlaşdırılıb.
Prezidenti səfərdə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, parlamentin üzvləri - Givi Mikanadze, Zaur Darğallı və Savalan Mirzəyev müşayiət edəcəklər.