BAKI, 21 aprel. TELEQRAF
Livanın cənubunda İsa peyğəmbərin heykəlinə qarşı vandalizm aktı törədən İsrail əsgəri vəzifəsindən azad ediləcək və 30 gün hərbi həbs cəzasına məhkum ediləcək.
Teleqraf xəbər veror ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumatda qeyd olunur.
Xoşagəlməz görüntüləri çəkən hərbçi də oxşar cəza ilə üzləşəcək.
Ordu xristian simvolunun təhqir olunması ilə bağlı dərin təəssüf ifadə edib və Livandakı əməliyyatlarının yalnız Hizbullaha qarşı yönəldiyini bildirib.