
TBİLİSİ, 8 aprel. TELEQRAF
“Azərbaycanlılara qarşı törədilmiş etnik təmizləmələrin presedenti olmayıb”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu politoloq Vasil Papava Tbilisidə keçirilən konfransın “Qərbi Azərbaycan - Geri qayıtmaq hüququ: Ermənistandan zorla qovulmuş azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusundakı paneldə çıxışında deyib.
O, Ermənistan ərazisindən azərbaycanlıların qovulmasının üç mərhələdə həyata keçirildiyini qeyd edib.
“Azərbaycanlılar Ermənistanda və Qarabağda yaşadıqları doğma torpaqlarından zor gücünə qovulublar. Bu barədə danışmaq mənim üçün xüsusilə ağırdır. Belə ki, 10 yaşımda Suxumidən qaçqın düşmüşəm və doğma yurddan qovulmanın ağrı-acısını ailəmlə birgə yaxından hiss edirəm”, - V.Papava söyləyib.
Politoloq bildirib ki, II Qarabağ müharibəsində Azərbaycan dövləti və xalqı çox güclü birlik nümayiş etdirdi:
“Azərbaycanda bütün səylər işğalın son qoyulmasına yönəldilmişdi. Uzun illərdir davam edən sülh danışıqları nəticə verdmədiyindən Azərbaycan ərazi bütövlüyünü və suverenliyini özü bərpa etdi və bununla presedenti olmayan nailiyyətə imza atdı”.
V.Papava qeyd edib ki, Cənubi Qafqaz xalqları böyük güclərin əlində geosiyasi alətlə çerviləməməlidirlər:
“Bölgədə bütün münaqişələr və mübahisəli məsələlər sülh yolu ilə həll olunmaldıır. Münasibətlər qarşılıqlı hörmətə əsaslanmalıdır. Azərbaycan-Gürcüstan münasibətləri bu baxımdan nümunə ola bilər”.