
TBİLİSİ, 7 aprel. TELEQRAF
Gürcüstanın Baş Prokurorluğu keçmiş müdafiə naziri İrakli Okruaşviliyə qarşı ittiham irəli sürüb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, o, parlamentin istintaq komissiyasının qanuni tələbini yerinə yetirməməkdə ittiham olunur.
Baş Prokurorluğun İ.Okruaşvili barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyi gözlənilir.
Qeyd edək ki, parlament komissiyası 2003-2012-ci illərdə mövcud olan hakimiyyətin fəaliyyətini araşdırır. Komissiyanın iclasına gəlməmə cinayət hesab olunur. Bu cinayət əməlinə görə cərimə və yaxud bir ildən üç ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.