
TBİLİSİ, 7 aprel. TELEQRAF
22 yaşlı Gürcüstan vətəndaşı Tamaz Mtivlişvilinin qətlində ittiham olunan Giorgi Papaşvili İnterpol xətti ilə Rusiyada saxlanılıb.
Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, bu barədə iş üzrə prokuror Levan Vepxvadze yerli mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda G.Papaşvilinin esktradisiyası ilə bağlı prosedurlar həyata keçirilir.
Prokuror həmçinin bildirib ki, xüsusilə ağır cinayət haqqında məlumat verməməkdə ittiham olunan Əli Hüseynov də beynəlxalq axtarışa verilib və hazırda onun harada olması məlum deyil.
Qeyd edək ki, T.Mtivlişvili bu il doğum günündə - fevralın 17-də ölümcül döyülüb, meyiti bir neçə gündən sonra G.Papaşvilinin evində aşkarlanıb. Faktla bağlı cinayət məsuliyyətinə 5 nəfər cəlb olunub, lakin yalnız 3 nəfərin saxlanılması mümkün olub. G.Papaşvili və Ə.Hüseynov hadisə yerindən qaçıblar və Gürcüstanı tərk edə biliblər. Ə.Hüseynovun Türkiyəyə qaçdığı bildirilir.