
TBİLİSİ, 7 aprel. TELEQRAF
Sulxan Tamazaşvili Gürcüstanın Acarıstan Muxtar Respublikası (MR) hökumətinin başçısı vəzifəsinə təsdiqlənib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, MR-in Ali Şurasının plenar iclasında onun namizədliyi dəstəklənib.
Toplantıda hökumətin yeni tərkibi də təsdiqlənib. Tərkib dəyişməz qalıb.
Qeyd edək ki, 2018-ci ildən MR-in hökumət başçısı vəzifəsini tutmuş Tornike Rijvadze aprelin 4-də istefa verib.