BAKI, 2 oktyabr. TELEQRAF

“Macarıstan Ukraynaya qoşun və silah göndərməyi planlaşdırmır”.

Teleqraf xəbər verir ki, bunu Macarıstan Xarici İşlər Nazirliyinin dövlət katibi Derd Velkeyi deyib.

“Heç bir əsgər və heç bir silah. Macarıstanın maraqları Macarıstanda sülhün təmin olunmasını tələb edir. Bu, bizim üçün son dərəcə vacibdir”, - o bildirib.

Diplomatın sözlərinə görə, Ukraynaya dəstək enerji tədarükü və humanitar yardımla məhdudlaşacaq. O qeyd edib ki, bu, hətta Baş nazir Peter Madyarın administrasiyasının Avropa İttifaqının fəaliyyətinin əsas istiqamətləri ilə daha sıx inteqrasiya üçün çalışmasına baxmayaraq belə olacaq.