BAKI, 14 noyabr. TELEQRAF
Fransa Prezidenti Emmanuel Makron noyabrın 16-17-də Malayziyaya səfəri zamanı nadir torpaq metallarının tədarükünün şaxələndirilməsi ilə bağlı razılıq əldə etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə Fransa lideri “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
Emmanuel Makronun sözlərinə görə, nadir torpaq metalları elektrik mühərriklərində və elektron cihazlarda istifadə olunan maqnitlərin istehsalı üçün vacibdir: "Tədarük mənbələrinin şaxələndirilməsi Fransa müəssisələrini xammal çatışmazlığı səbəbindən istehsalın dayanması riskindən qoruyacaq".
Qeyd edək ki, səfər çərçivəsində iki ölkə arasında strateji tərəfdaşlıq sazişinin imzalanması və hibrid təhdidlərlə mübarizə mərkəzinin açılması da nəzərdə tutulur.