BAKI, 17 noyabr. TELEQRAF

ABŞ vətəndaşlarının böyük əksəriyyəti İranla hərbi qarşıdurmanın dayandırılmasını dəstəkləyir.

Teleqraf xəbər verir ki, bu barədə “Rasmussen Reports” sosioloji araşdırma şirkətinin keçirdiyi sorğunun nəticələrində bildirilib.

Araşdırmaya əsasən, respondentlərin 68 faizi İrana qarşı hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır. Onların 46 faizi bu mövqeyi qətiyyətlə dəstəkləyir.

Sorğuda iştirak edənlərin 24 faizi isə müharibənin başa çatmasının əleyhinə çıxıb. Onların 14 faizi hərbi əməliyyatların dayandırılmasına qəti şəkildə qarşı olduğunu bildirib.

Beləliklə, sorğunun nəticələri amerikalılar arasında İranla müharibənin dayandırılmasına dəstəyin üstünlük təşkil etdiyini göstərir.