BAKI, 16 noyabr. TELEQRAF

Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya 8 milyard avro məbləğində yeni maliyyə tranşının ayrılmasını təsdiqləyib.

Teleqraf xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

Ukrayna vəsaiti “Ukraine Facility” proqramı çərçivəsində yaxın vaxtlarda əldə edəcək.