BAKI, 14 noyabr. TELEQRAF
Bolqarıstan ordunun ehtiyatlarından Ukraynaya silah və sursat tədarükünü dayandıracaq.
Teleqraf xəbər verir ki, bunu ölkənin Baş naziri Rumen Radev bildirib.
"Sofiyanın Kiyevə maliyyə yardımı göstərmək imkanı da yoxdur. Buna səbəb ölkənin maliyyə vəsaitlərinin məhdud olmasıdır",- o qeyd edib.