BAKI, 13 noyabr. TELEQRAF

Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi ABŞ-yə məxsus "Starshield" peyk rabitə sistemi döyüş bölgəsində sürət məhdudiyyətlərini qüvvədə saxlayır.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib.

"Starshield" sistemindəki məhdudiyyətlər Ukraynanın hava hücumundan müdafiə qüvvələrinin Rusiya dronlarına qarşı istifadə olunan ələkeçirici aparatları tətbiq etməsində ciddi çətinliklər yaradır", - o qeyd edib.