BAKI, 16 noyabr. TELEQRAF
Estoniyanın Baş naziri Kristen Mixal Rusiya ilə sərhədin qeyri-müəyyən müddətə bağlanmasının tərəfdarı olduğunu bildirib.
Teleqraf xəbər verir ki, o, "Delfi" portalına müsahibəsində ölkənin sərhəd xidmətinin belə bir qərardan sonra yarana biləcək mümkün miqrasiya axınına qarşı da hazır olduğunu qeyd edib.
Qeyd edək ki, Estoniya xarici işlər naziri Marqus Tsaxna isə dekabrın 1-dən Rusiya ilə sərhəddəki bütün keçid məntəqələrinin bağlanacağını bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə TASS-a açıqlamasında bu məlumatı yoxlayacaqlarını deyib. O, qərarın təsdiqlənəcəyi təqdirdə bunu aqressiv rusofobiyanın növbəti təzahürü adlandırıb.