BAKI, 15 noyabr. TELEQRAF

Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri noyabrın 16-da Rusiyaya qarşı sanksiyalara növbəti əlavəni qəbul edəcəklər. Yeni məhdudiyyətlər çərçivəsində Rusiyanın neft daşımalarını dəstəkləyən banklar, neft alıcıları və şirkətlər "qara siyahı"ya salınacaq.

Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" sosial şəbəkəsində məlumat verib.

"Bazar ertəsi Aİ xarici işlər nazirləri Rusiyanın "kölgə donanması"nı dəstəkləyən banklar, alıcılar və şirkətlər də daxil olmaqla yeni sanksiya siyahılarını müzakirə etmək niyyətindədirlər", - deyə K.Kallas qeyd edib.

Qeyd edək ki, Brüssel Aİ-nin Rusiya neftinə tətbiq etdiyi "qiymət tavanı" mexanizmindən yan keçərək müxtəlif ölkələrin bayraqları altında Rusiya nefti daşıyan tankerləri "kölgə donanması" adlandırır.