BAKI, 15 noyabr. TELEQRAF

Avropa ilə razılaşma olmadığı təqdirdə Rusiya istədiyinə güc yolu ilə nail olmalıdır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

O qeyd edib ki, əgər Avropa İttifaqı (Aİ) sülh istəmirsə, Ukrayna münaqişəsinin nizamlanması və Aİ-nin təhlükəsizlik arxitekturasının müzakirəsi mənasızdır:

"Onda razılaşma potensialının olmadığı şəraitdə biz bunu güc yolu ilə etməli olacağıq".