BAKI, 16 noyabr. TELEQRAF

Ukrayna ordusu Rusiyanın Rostov vilayətinin Azov şəhərində yerləşən iki neft bazasına dronlarla zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.

Hücumdan sonra bazaların yerləşdiyi ərazidə yanğın baş verib.

Söhbət neft məhsullarının qəbulu, saxlanması və paylanması ilə məşğul olan “Fleş Enerji” ASC-nin neft bazasından gedir. Müəssisənin ümumi tutumu 6500 kubmetrdən çox olan 10 çəni var.

Digər neft bazası “Yuj-İmpeks” ASC isə bərk, maye və qaz halında olan yanacağın satışı və saxlanması ilə məşğuldur.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar Azov şəhərindəki istehsalat obyektlərinə hücumu təsdiqləyib.