BAKI, 16 noyabr. TELEQRAF
İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağının müxtəlif ərazilərinə endirilən zərbələr zamanı HƏMAS hərəkatının hərbi qanadına məxsus bölmələrin dörd komandirinin öldürüldüyünü açıqlayıb.
Teleqraf xəbər verir ki, Cəbəlyə bölgəsində İsrail Müdafiə Qüvvələri HƏMAS-ın Qərbi Cəbəlyə Batalyonunun tağım komandiri Muamen Razek Şanqdalini öldürüb. Digər əməliyyatlarda tağım komandiri Hüssam Salehi, eləcə də iki dəstənin komandirlərini öldürüb.
İsrail Müdafiə Qüvvələrinin mətbuat katibinin məlumatına görə, həmin şəxslər İsrail əsgərlərinə və mülki şəxslərə qarşı hücumlar hazırlayıblar.