BAKI, 16 noyabr. TELEQRAF

Avropa Ukrayna-Rusiya sülh danışıqlarında yaxından iştirak edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen məlumat verib.

Fon der Leyenin sözlərinə görə, Avropa sülh danışıqları prosesində “E5+Avropa İttifaqı (Aİ)” formatında yaxından iştirak edəcək. E5 qrupuna Fransa, Almaniya, Böyük Britaniya, İtaliya və Polşa daxildir.

Avropa Komissiyasının rəhbəri Ukraynaya maksimum dəstək göstəriləcəyini və Rusiyaya qarşı maksimum təzyiqin davam etdiriləcəyini də vurğulayıb.

“Daha böyük və daha güclü ittifaq daha firavan və müstəqil Avropa yaradacaq”, - Ursula fon der Leyen əlavə edib.