BAKI, 16 noyabr. TELEQRAF

Bu gün Ukrayna, Amerika və Avropa danışıqlar qrupları arasında daha bir müzakirə baş tutub.

Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski məlumat verib .

"Diplomatik səylər fəal şəkildə davam edir və ümid edirik ki, onlar boşa getməyəcək. Komandamız mümkün qədər konstruktiv işləyir. Müharibənin ləyaqətlə başa çatmasına və Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə ehtiyacımız var. Amerika tərəfi də fəal iştirak edir: Stiv Uitkoff və Cared Kuşner müzakirəyə onlayn qoşulublar. Avropa ilk dəfə olaraq bu müzakirədə Rusiya tərəfi ilə danışıqlarda onu təmsil edəcək şəxslər: Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, eləcə də Avropa Komissiyası, Avropa Şurası və NATO nümayəndələri tərəfindən tam şəkildə təmsil olunub".

Zelenski qeyd edib ki, müzakirə asan keçməyib: "Danışıqlar prosesində konkret addımları birgə hazırlamaq üçün Berlində "İstəklilər Koalisiyası" çərçivəsində görüşəcəyik".