BAKI, 16 noyabr. TELEQRAF
Ukrayna Silahlı Qüvvələri Krım körpüsünə zərbə endirib.
Teleqraf xəbər verir ki, bu barədə ASTRA məlumat yayıb.
Hücum faktını Ukraynanın işğal edilmiş Krımın yarımadasının qondarma rəhbəri Sergey Aksyonov da təsdiqləyib:
“Düşmən Krım körpüsünə zərbə endirib. Bununla əlaqədar nəqliyyatın hərəkəti təxminən günortayadək məhdudlaşdırılacaq. Nəticələrin aradan qaldırılması üçün bütün zəruri xidmətlər cəlb olunub, Kerç şəhərində operativ qərargah yaradılıb”.