BAKI, 17 noyabr. TELEQRAF
Fransada noyabrın 17-də bahalaşma, aşağı əməkhaqqı və pensiya təminatınına etiraz olaraq ümumxalq mitinqi keçiriləcək.
Teleqraf xəbər verir ki, aksiyalarda 360 min nəfərədək insanın iştirakı gözlənilir.
Aksiyanın təşkilatçısı Ümumi Əmək Konfederasiyası (CGT) əməkhaqları və pensiyaların artırılmasını tələb edir. Həmkarlar ittifaqları, həmçinin iş şəraitinin yaxşılaşdırılmasını və dövlət qulluqçularının maaşlarının hesablanmasında istifadə olunan indeksin dondurulması qərarının ləğvini istəyirlər.
Gözlənilən izdihamla əlaqədar polis və jandarm qüvvələrinin sayı artırılacaq. Təhlükəsizliyin təmin olunması üçün pilotsuz uçuş aparatları, zirehli texnika və su şırnaqlarından da istifadə edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Fransada etiraz dalğası ötən ilin payızında başlayıb. Oktyabrın 17-də keçirilən aksiyada ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, təxminən 550 min nəfər iştirak edib. Sonrakı etirazlar zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib, hüquq-mühafizə orqanları gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.