BAKI, 17 noyabr. TELEQRAF

İndoneziya sahillərində 6,6 maqnitudalı güclü zəlzələ qeydə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar noyabrın 17-də Bakı vaxtı ilə saat 01:11-də baş verib.

Zəlzələnin episentri təxminən 89 min nəfərin yaşadığı Tual şəhərindən 151 kilometr məsafədə yerləşib. Zəlzələ ocağı 35 kilometr dərinlikdə qeydə alınıb.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb.