BAKI, 16 noyabr. TELEQRAF

ABŞ Prezidentinin xüsusi nümayəndələri Cared Kuşner Rusiya və Avropa rəsmiləri ilə birbaşa əməkdaşlıq perspektivlərini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ liderinin xüsusi nümayəndəsi X-də məlumat verib.

Kuşner yazıb: “Son dörd ildə demək olar ki, mövcud olmayan Avropa ilə Rusiya arasında birbaşa əlaqələrin necə təşviq ediləcəyini müzakirə etdik. Avropa üçün daha sabit və təhlükəsiz bir gələcəyi təmin etmək üçün hər iki tərəfin bir-birinin narahatlıqlarını və təkliflərini birbaşa eşitməsi vacibdir”.

O əlavə edib ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov, eləcə də Böyük Britaniya, Almaniya, İtaliya, Polşa və Fransa liderlərinin milli təhlükəsizlik müşavirləri, eləcə də Aİ və NATO rəsmiləri ilə danışıqlar aparıb.