BAKI, 14 noyabr. TELEQRAF
Kanadanın Baş naziri Mark Karni ölkəsinin NATO müttəfiqlərinə dəstəyini davam etdirəcəyini və alyans üzvlərindən heç birindən imtina etməyəcəyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Mark Karni jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Kanada Latviyada 2 500 hərbçi yerləşdirib və ölkədə NATO briqadasına rəhbərlik edir.
Baş nazir Rusiyaya qarşı təhlükəsizlik siyasətinə də toxunub: "Kanada Rusiya üçün təcrid zonası yaradılması siyasətini dəstəkləmir".