BAKI, 15 noyabr. TELEQRAF
Rusiya ordusu sutka ərzində Ukraynanın Zaporojye vilayətinin 48 yaşayış məntəqəsinə 877 zərbə endirib, nəticədə dördü uşaq olmaqla 32 nəfər yaralanıb.
Teleqraf xəbər verir ki, bu barədə Zaporojye Vilayəti Müdafiə Şurasının həmsədri İvan Fyodorov məlumat yayıb.
Onun sözlərinə görə, Rusiya qüvvələri Zaporojye şəhəri və rayonuna endirilən zərbələr zamanı 34 aviasiya hücumu həyata keçirib, həmçinin əsasən FPV olmaqla 685 müxtəlif modifikasiyalı pilotsuz uçuş aparatından (PUA) istifadə edib. Bundan əlavə, vilayət ərazisi reaktiv yaylım atəşi sistemlərindən 4 dəfə, artilleriyadan isə 154 dəfə atəşə tutulub.
Hücumlar nəticəsində infrastruktur obyektlərinə, yaşayış evlərinə və avtomobillərə ziyan dəyməsi ilə bağlı 471 məlumat daxil olub.