BAKI, 16 noyabr. TELEQRAF
Litva Estoniyanın nümunəsini əsas götürərək, Rusiya ilə sərhədi tamamilə bağlamaq variantını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Litva Prezidenti Gitanas Nauseda jurnalistlərə açıqlamasında bildirib.
“Bu, region üçün yeni hal deyil, ona görə də Estoniyanın qərarı başadüşüləndir”, - o qeyd edib.
Nauseda vurğulayıb ki, Litva da bütün halları nəzərə laraq belə bir qərar qəbul edə bilər.
Estoniya dekabrın 1-dən Rusiya ilə sərhədləri qeyri-müəyyən müddətədək bağlayacaq. Tallin bunu Rusiyanın qeyri-dost addımları ilə izah edib.