BAKI, 16 noyabr. TELEQRAF
Avropa İttifaqına (Aİ) üzv ölkələrin xarici işlər nazirləri Rusiyaya qarşı əlavə məhdudiyyətləri təsdiqləyiblər.
Teleqraf xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, sanksiyalar üç ayrı mexanizm üzrə ümumilikdə 140-a yaxın fiziki və hüquqi şəxsi əhatə edir.
Qeyd edək ki, qəbul edilən qərar Rusiyaya qarşı 22-ci sanksiya paketi hesab olunmur.