BAKI, 14 noyabr. TELEQRAF
Rusiya Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı danışıqlar çərçivəsində NATO qüvvələrinin 1997-ci ildəki mövqelərinə geri çəkilməsini tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" nəşri məlumat yayıb.
Məlumata görə, Moskva həmçinin NATO-nun genişlənməsinin dayandırılmasını və Qərb ölkələrinin Ukraynaya silah tədarükünə son qoyulmasını istəyir.
Rusiya tərəfinin digər tələbləri arasında Böyük Britaniya və Fransanın Avropadakı müttəfiqlərinə nüvə təhlükəsizliyi təminatlarının məhdudlaşdırılması da yer alır.