BAKI, 16 sentyabr. TELEQRAF
“Almaniya Kansleri Fridrix Merts Milad bayramına qədər - dekabrın 25-dək istefa verəcək”.
Teleqraf xəbər verir ki, bunu “Sahra Vaqenknext İttifaqı”nın lideri Sahra Vaqenknext deyib.
“Fridrix Mertsin Milada qədər artıq kansler olmayacağını düşünürəm”, - o bildirib.
Siyasətçi bu proqnozu Saksoniya-Anxalt federal əyalətinin parlamentinə keçirilən seçkilərin nəticələrindən danışarkən səsləndirib. Sentyabrın 6-da keçirilən seçkilərdə səslərin 44 faizini toplayan “Almaniya üçün Alternativ” Partiyası (AfD) qalib gəlib.