BAKI, 6 noyabr. TELEQRAF
Belçika kralı Filip Baş nazir Bart de Veverin rəhbərlik etdiyi hökumətin istefasını qəbul etməyərək ona 2027-ci ilin dövlət büdcəsi ilə bağlı kompromis axtarışını davam etdirməyi tapşırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, kral Filip baş nazirə büdcə ilə bağlı danışıqları davam etdirmək tapşırığını verib.